Neymar transfer xəbərlərinə son qoydu

17:49 - 9 Fevral 2021

PSJ-nin hücumçusu Neymar komandada qalmaq fikrindədir.

 

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu komanda yoldaşı Kilian Mbappenin də Paris təmsilçisində qalmasını arzulayır:

 

"Özümü rahat və hər şeyə adaptasiya olunmuş kimi hiss edirəm. Parisdə xoşbəxtəm və PSJ-də qalmaq fikrindəyəm. Ümid edirəm ki, Mbappe də komandada qalacaq. Azarkeşlərin də istəyi budur. PSJ-ni böyük klub etmək istəyirik".

 

Fransa mətbuatı PSJ-nini 29 yaşlı futbolçuya 4 illik müqavilə təklif etdiyini yazıb.


PSJ Neymarı 2017-ci ildə rekord məbləğə - 222 milyon avroya "Barselona"dan transfer edib. O, bu mövsüm keçirdiyi 17 oyunda 13 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti