"Beşiktaş" penaltilər seriyasında qalib gəldi, yarımfinala yüksəldi - VİDEO

10:43 - 12 Fevral 2021

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Beşiktaş” səfərdə “Konyaspor”la qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Beşiktaş" yarımfinala yüksəlib. Komandanın növbəti mərhələdəki rəqibi “Başakşəhər” olacaq.

 

Yarımfinal oyunları martın 16-18-də keçiriləcək.

 

 

“Konyaspor” – “Beşiktaş” – 1:1 (penaltilər seriyası - 2:3)
Qollar:
Bardakçı, 18 – Özyakup, 13

 

Xəbər xətti