Azərbaycan və Ermənistan komandaları bir-biri ilə qarşılaşacaqmı? - açıqlama

16:16 - 12 Fevral 2021

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbilə iki dövlət arasında olan münaqişəni nəzərə alan FİFA və UEFA hər iki ölkənin istər milli komanda, istərsə də klublarını heç bir turnirdə üz-üzə gətirməyib. Ancaq 30 ilə yaxındır davam edən müharibə artıq başa çatıb və torpaqlarımız işğaldan azad edilib.

 

Maraqlıdır, bu məsələ FİFA və UEFA-da müzakirə olunubmu? Müharibə başa çatdığı üçün artıq bu iki ölkənin klubları turnirlərdə bir-birinə rəqib ola biləcək, yoxsa dünya və Avropa qurumları hələ bir neçə il də gözləməyi düşünür?

 

Sportal.az xəbər verir ki, suallarımızı AFFA-nın Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Qurum rəsmisi fanat.az-a açıqlamasında sözügedən məsələnin hazırda FİFA və UEFA-nın gündəmində olmadığını bildirdi:

"Belə məsələlər hər hansı turnirin - istər milli komandalar, istərsə də klub yarışlarının püşkatmaları ərəfəsində daha çox aktuallaşır, daha çox diqqət mərkəzinə gəlir. Bildiyiniz kimi, hazırkı dövrdə hər hansı turnirin püşkünün atılması nəzərdə tutulmadığı üçün məsələ gündəmdə deyil və FİFA, eləcə də UEFA-nın indiyə qədər tətbiq etdiyi sistem öz qüvvəsində qalır".

Xəbər xətti