Millət vəkili: "İdman zallarında nə yoluxma ola bilər ki?"

22:56 - 12 Fevral 2021

Millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin iclasında koronavirus pandemiyasına görə idman zallarının bağlı olmasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, o, bununla bağlı qərarın dəyişməsini vacib sayıb:

 

"Dünyanın hər yerində idman zalları açıqdır. Qapalı idman komplekslərində insanların idmanla məşğul olmalarını qadağan ediblər. Bir ildir, hamısı bağlıdır. Niyə bağlı olmalıdır? Burada nə yoluxma ola bilər ki?"

Xəbər xətti