Azərbaycan millisinin keçmiş üzvü futzal klubunda

12:12 - 13 Fevral 2021

Azərbaycan millisinin keçmiş hücumçusu Vüqar Əsgərov futzal klubuna keçib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu Latviyanın "Petrov" futzal klubu ilə müqavilə imzalayıb.

 

Əsgərov Azərbaycanda “Sumqayıt”, “Zirə” və “Araz Naxçıvan” klublarında çıxış edib. O, Latviyada “Dauqavpils”, “Liepaya” kimi klublarda oynayıb. Vüqar son olaraq çıxış etdiyi “Super Nova”da 2020-ci ilin avqustunda ağır zədə aldıqdan sonra meydanlara çıxmırdı.

Xəbər xətti