Dieqo Kostanın yeni klubu məlum oldu

12:45 - 13 Fevral 2021

"Atletiko"dan ayrılan Dieqo Kostanın yeni klubu məlum olub.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, İspaniya millisinin keçmiş üzvü karyerasını Braziliyada davam etdirəcək. 32 yaşlı hücumçu "Palmeyras"la razılığa gəlib. Braziliya əsilli futbolçu ilə 2 illik anlaşma əldə edilib. Kostanın illik maaşı 2,6 milyon funt-sterlinq olacaq.

 

Kosta Braziliyanın "Barselona" klubunun yetirməsidir. O, Avropa karyerasına 2006-cı ildə Portuqaliyanın "Braqa" klubunda başlayıb. "Atletiko" hücumçunu 2007-ci ildə "Braqa"dan 1,5 milyon avroya transfer edib. O, 2014-cü ildə 38 milyon avroya "Çelsi"yə transfer olub. Madrid təmsilçisi 4 il sonra keçmiş hücumçusunu 60 milyon avro qarşılığında yenidən heyətinə qatmışdı.

Xəbər xətti