La Liqa klubunda baş məşqçi istefası

14:14 - 13 Fevral 2021

İspaniyanın “Elçe” klubunun baş məşqçisi Xorxe Almiron istefa verib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis La Liqanın 23-cü turunda “Selta”ya məğlub olduqları matçdan (1:3) sonra vəzifəsindən ayrıldığını açıqlayıb.

 

49 yaşlı mütəxəssis 2020-ci ildən "yaşıl-zolaqlılar"ı çalışdırırdı.

 

“Elçe” 21 turdan sonra topladığı 18 xalla turnir cədvəlində 19-cu sıradadır.

Xəbər xətti