Elxan Məmmədov: "8 komandalı çempionatda hər oyun mübarizədir"

19:41 - 14 Fevral 2021

"Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim".

 

Sportal.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

 

O bildirib ki, çempionatdakı hər xalın böyük əhəmiyyəti var: "8 komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz, hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var. Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir".

Xəbər xətti