İbrahim Qədirzadə Gürcüstan klubunda

23:33 - 14 Fevral 2021

Azərbaycanın U-21 millisinin üzvü İbrahim Qədirzadə "Neftçi"dən ayrılıb.

 

Sportal.az-ın məlumatına görə, o, karyerasını Gürcüstanda davam etdirəcək. 21 yaşlı yarımmüdafiəçi "Samtredia" ilə razılığa gəlib. İbrahim yeni klubu ilə müqavilə imzalamaq üçün qonşu ölkəyə yollanıb.

 

"Xəzər Lənkəran"ın yetirməsi 2019-cu ildə MOİK-lə divizion çempionluğu yaşayıb, "Qarabağ"ın U-19 komandasında UEFA Gənclər Liqasının iştirakçısı olub.

Xəbər xətti