Divizion klubu hakimlərə isti su vermədiyi üçün cəzalandı

16:16 - 16 Fevral 2021

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda 1-ci divizionun 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

1-ci divizionun 12-ci turunun “Sabah-2” – MOİK oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

12-ci turun “Zaqatala” – “Kəpəz” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

“Zaqatala” – “Kəpəz” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimələnir;

 

12-ci turun “Turan Tovuz” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 33 nömrəli futbolçusu Emil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;

 

12-ci turun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

“Qarabağ-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

 

“Qarabağ-2” klubunun 73 nömrəli futbolçusu Tolqar Yaqubov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;

 

12-ci turun “Qaradağ Lökbatan” – “Sumqayıt-2” oyununda hakimlər isti su ilə təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;

 

“Qaradağ Lökbatan” – “Sumqayıt-2” oyununda xərəkdaşıyan şəxslərin say limiti və topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur;

 

“Qaradağ Lökbatan” – “Sumqayıt-2” oyununda “Qaradağ Lökbatan” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (nəzarət buraxılışa diqqət etmək) yerinə yetirmədiyi üçün klub 80 manat cərimə olunur.

Xəbər xətti