"Neftçi" "Keşlə"ni darmadağın etdi

17:45 - 16 Fevral 2021

I Divizionda 13-cü tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Neftçi-2” səfərdə “Keşlə-2” ilə qarşılaşıb. Görüş “ağ-qaralar”ın 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Tura sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

 

"Keşlə-2" – "Neftçi-2" - 0:3
Qollar:
Asim Əlizadə, 13 (pen.), Fərid Nadirov, 26 (avtoqol), Elton Əlibəyli, 45+3
Qırmızı vərəqələr: Turan Vəlizadə, 69. Orxan Fərəcov, 90. (hər ikisi “Keşlə-2”) – Nihad Qurbanlı, 76. (“Neftçi-2”)

Xəbər xətti