David Alabadan ayrılıq qərarı

23:23 - 16 Fevral 2021

"Bayern"in müdafiəçisi David Alaba mövsümün sonunda klubdan ayrılmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, avstriyalı futbolçu bu barədə açıqlamasında məlumat verib. 28 yaşlı cinah oyunçusu mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmayacaq və azad agent statusu alacaq.

 

"Marca" nəşri bir müddət öncə Alabanın “Real”la anlaşdığını yazmışdı. Avstriya millisinin üzvü 2008-ci ildən "Bayern"də çıxış edir.

 

Xəbər xətti