"Mbappe Messi və Ronaldo səviyyəsindədir"

13:31 - 17 Fevral 2021

"Barselona"nın hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə PSJ 1:4 uduzduqları matçdan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, fransalı futbolçu Paris təmsilçisinin heyətində het-trik edən yerlisi Kilian Mbappedən danışıb:

 

"Bizim üçün uğursuz oyun oldu. Bəxtsiz gecə yaşandı. Hamımız Kilian Mbappe kimi futbolçunun dadını çıxarmalıyıq. PSJ-nin Messi və Ronaldo səviyyəsində futbolçusu var. Biz isə sona qədər mübarizə aparacağıq. Parisə əylənməyə deyil, nəticə üçün yollanacağıq. Başa düşürük, çox çətindir".

Xəbər xətti