Azərbaycan millisi yeni reytinq cədvəlində 1 pillə irəlilədi

12:30 - 18 Fevral 2021

FIFA milli komandaların 2021-ci il üzrə ilk reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, yeni siyahıda Azərbaycan milli komandasının mövqeyi dəyişib. Canni De Byazinin rəhbərlik etdiyi komanda 1180 xalla 108-ci pillədə qərarlaşıb.

 

Milli komandaların son reytinq cədvəlində yığma 109-cu sırada idi.

 

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.

Xəbər xətti