Ansi Aqolli Bakıya gəldi

13:04 - 19 Fevral 2021

“Qarabağ”ın keçmiş futbolçusu Ansi Aqolli Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı müdafiəçi bununla bağlı “instagram” hesabında paylaşım edib. O, İçərişəhərdə çəkilmiş şəklini paylaşaraq, “salam, Bakı, nətərsən?” deyə, yazıb.

 

Aqolli 2010-2019-cu illərdə “Qarabağ”da çıxış edib. O, hazırda ABŞ-ın “Nyu York Kosmos” klubunda forma geyinir.

Xəbər xətti