Milli Moldovanın qarşısına bu heyətlə çıxacaq - SIYAHI

13:09 - 22 Fevral 2021

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva siyahıya 18 oyunçu daxil edib.

 

Yığma fevralın 25-də Bakıda təlim-məşq toplanışına start verəcək. Ölkə xaricində çıxış edən futzalçılar isə toplanışa fevralın 28-dən qoşulacaqlar.

 

Komandaya çağırılanlardan 8-i "Araz-Naxçıvan"ın oyunçusudur. Onlar arasında Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo De Araujo, Hadi Ahmadi, Amir Şocayi var. Emin Kürdov və Tofiq Mikayılov və Samir Həmzəyev “Ekol”u, Oktay Rüstəmli və Cavad Məmmədov isə "Neftçi"ni təmsil edir.

 

Daha 4 futzalçı - Tiaqo Teles Martins (“FC Salines Tuzla”, Bosniya və Herseqovina), Eduardo Borges (ACCS FUTSAL, Fransa), Everton Kardozo (“Levante U.D.”, İspaniya), Rafael Vilela (“Palma Futsal”, İspaniya) legioner, Oliveyra Da Nasimento isə klubsuzdur.

 

Azərbaycan millisi martın 4-də Bakı İdman Sarayında Moldavanı qəbul edəcək. Komanda 5 gün sonra Çoreskuda eyni rəqiblə üz-üzə gələcək.

Xəbər xətti