Rıdvan Dilməndən gözlənilməz qərar

23:52 - 5 Mart 2021

Türkiyənin tanınmış futbol şərhçisi Rıdvan Dilmən sevimli işindən ayrılıb.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu qərarını son vaxtlar özünə və ailəsinə qarşı böhtanlarla əlaqələndirib. O, yaxın vaxtlarda məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb.

 

Rıdvan Dilmən 15 il fasiləsiz NTV telekanalında şərhçilik edib. "Fənərbaxça"nın keçmiş oyunçusu Türkiyə millisində də çıxış edib.

Xəbər xətti