Kubalı boksçu azərbaycanlı qızla nişanlandı

14:30 - 6 Mart 2021

Boks millimizin kubalı üzvü Azərbaycanda subaylığın daşını atıb.

 

Sportal.az xəbər verir ki, Alfonso Dominqes azərbaycanlı xanımla nişanlanıb.

 

II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə özünə nişan edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.

 

Boks millimiz hazırda Türkiyənin Kastamonu bölgəsində təlim-məşq toplanışı keçir. Alfonso Dominqes də həmin hazırlıq prosesində iştirak edir (oxu.az).

Xəbər xətti