Millinin Moldova ilə oyununun hakimi dəyişdirildi

14:03 - 9 Mart 2021

Martın 9-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Moldova – Azərbaycan matçı üçün açıqlanmış hakim təyinatlarında dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, Çoreskudakı “Futzal Arena”da baş tutacaq matçda polşalı Dominik Çipinskini Belçikadan olan Yasin Alageyk əvəzləyəcək. Bununla bağlı UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

 

Sabah keçiriləcək oyuna saat 20:30-da start veriləcək. Millimiz Bakıdakı matçda bu rəqibinə 5:1 hesabıyla qalib gəlib.

Xəbər xətti