"Leyptsiq" "Ayaks"ın hücumçusunu transfer etdi

14:56 - 12 Mart 2021

“Leyptsiq” yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ayaks”ın hücumçusu Brayan Brobbini transfer edib. 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Niderlandlı oyunçu iyulun 1-də “öküzlər”ə qoşulacaq.

 

Brobbi bu mövsüm Amsterdam təmsilçisinin əsas heyətində keçirdiyi 11 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti