Kamran Quliyev: "Honda çempionluğa gedən yolda bizə dəstək olacaq"

18:38 - 15 Mart 2021

"Honda "Neftçi" haqqında kifayət qədər məlumatlıdır. Azərbaycan futbolu haqqında da bilir. Səhv etmirəmsə, 2012-ci ildə Yaponiya ilə yoldaşlıq görüşü keçirmişik. Həmin matça özüm də baxmışam. Hondanın qol vurmaq şansı var idi. Lakin onun möhtəşəm cərimə zərbəsini Kamran Ağayev dəf edib".

Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin prezidenti Kamran Quliyev yeni transfer Keysuke Hondanın imzalanma mərasimindən sonra deyib. O, fikrini belə davam etdirib:

"İnanmaq istəyirik ki, onun gəlişi bizə neçə ildir istədiyimiz çempionluğu qazanmağa kömək edəcək. Çempionatın qalan 8 oyunu yaponiyalı futbolçu üçün də uğurlu alına bilər. Ona görə Hondaya uğurlar arzulayıram. Onun simasında gələcəkdə bir çox məşhur futbolçuların “Neftçi”nin şərəfini qorumasını istərdik. Hazırda çempionatda liderik. Honda çempionluğa gedən yolda bizə dəstək olacaq. Ayağı düşərli olsun. Mövsümün son 8 oyununda komandamıza kömək etsə, çempion olsaq, yayda oturub yeni müqavilə ilə bağlı danışmaq olar".

Xəbər xətti