"Real" "Atalanta"ya, "Mançester Siti" "Borussiya"ya qarşı

14:20 - 16 Mart 2021

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

 

Sportal.az xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubu ilk oyunda qalib gəldiyi (2:0) Almaniya təmsilçisi “Borussiya” (Mönhenqladbax) ilə qarşılaşacaq.

 

Günün digər matçında Madrid “Real”ı ilk matçda məğlub etdiyi (1:0) İtaliyanın “Atalanta” klubunu qəbul edəcək.

 

1/8 final mərhələsinin daha iki cavab oyunu sabah keçiriləcək.

 

00:00 "Mançester Siti" (İngiltərə) – "Borussiya" (Mönhenqladbax, Almaniya)
İlk oyun – 2:0

 

00:00 "Real" (İspaniya) – "Atalanta" (İtaliya)
İlk oyun – 1:0.

Xəbər xətti