ÇL-də 1/8 finala yekun vurulur

13:50 - 17 Mart 2021

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, son oyun günündə daha iki görüş keçiriləcək.

 

"Çelsi" öz meydanında "Atletiko"nu qəbul edəcək. Komandalar arasında keçirilən ilk oyunda London klubu 1:0 hesablı qələbə qazanıb.

 

Digər oyunda isə turnirin son qalibi "Bayern" evdə "Latsio" ilə qarşılaşacaq. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 4:1 hesabı ilə qalib gələn Münhen təmsilçisi cütün favoritidir.

 

00:00. "Çelsi" (İngiltərə) - "Altetiko" Madrid (İspaniya)
İlk oyun - 1:0

 

00:00. "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya)
İlk oyun - 4:1.

Xəbər xətti