ÇL-də həftənin ən yaxşısı adına namizədlər

11:35 - 18 Mart 2021

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

 

Sportal.az xəbər verir ki, ən yaxşı adına “Mançester Siti”dən Kevin De Bruyne, “Real”dan Luka Modriç, “Çelsi”dən Nqolo Kante və “Bavariya”dan Yozua Kimmix namizəd göstərilib.

 

Qalib qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbər xətti