Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı

15:15 - 19 Mart 2021

Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 15:00-da başlayıb.  Püşkdə eyni ölkənin komandaları bir-birilərinə rəqib ola bilib.

 

1/4 finalın ilk oyunları 6-7 apreldə, cavab qarşılaşmaları isə 13-14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.

 

Çempionlar Liqası, 1/4 final mərhələsi

 

"Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)
"Bavariya" (Almaniya) - PSJ (Fransa)
"Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə)

Xəbər xətti