Nazarovdan məhsuldar ötürmə

19:27 - 21 Mart 2021

Almaniya II Bundesliqasında XXVI turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” doğma meydanda “Sandhauzen”ə qalib gəlib – 2:0.

 

Dima start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının 69-cu dəqiqədə vurduğu qolun ötürməsini də Nazarov verib.

 

36 xal toplayan “Ersgebirge” 18 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti