"Leyptsiq"dən 17 milyonluq transfer

17:07 - 22 Mart 2021

Almaniyanın "Leyptsiq" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın "Strasburq" klubunun mərkəz müdafiəçisi Məhəmməd Simakanı transfer edib. Fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubuna iyulun 1-də qoşulacaq. "Öküzlər" bu keçid üçün 17 milyon avro təzminat ödəyib.

 

Simakan "Strasburq" yetirməsidir. 20 yaşlı futbolçu bu mövsüm Liqa 1-də keçirdiyi 19 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti