"Arsenal"ın keçmiş futbolçusu Bekhemin klubunda

17:34 - 24 Mart 2021

İngiltərənin "Vest Bromviç" klubunun futbolçusu Kiran Qibbs karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Devid Bekhemin sahibi olduğu "İnter Mayami"yə keçib. Onunla 2 illik müqavilə imzalanıb. İngiltərə millisinin keçmiş üzvü yeni klubuna iyulun 1-i azad agent statusu ilə qoşulacaq.

 

Qibbs 2007-2017-ci illərdə "Arsenal"da çıxış edib.

Xəbər xətti