Emin Mahmudov: "Bizim səviyyəmiz Serbiyadan üstün deyil"

20:10 - 29 Mart 2021

Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığması ilə qarşılacaqları matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:

 

- İki səfər matçından sonra sabah Bakıda ilk oyunumuza çıxırıq. Bu iki oyunda bəzi keyfiyyətlərimizi və çatışmayan cəhətləri gördük. Sabah fiziki və texniki baxımdan güclü komanda ilə qarşılaşacağıq. Sabah bizi ağır oyun gözləyir.

 

- Son iki oyunda əsas heyətdə çıxış edirsən. Özündə hansı çatışmazlıqları görürsən, nə olmalıdır ki, bütün komanda sənin ətrafında cəmlənsin?
- İnanmıram ki, bir oyunçudan nəsə asılı olsun. Əsas olan komandanın birlikdə oynamasıdır. Çalışıram ki, nə bacarıramsa, onu edərək, milliyə fayda verim.

 

- Sabahkı oyunla bağlı ümidverici nəsə deyə bilərsən?
- Bizim səviyyəmiz onlardan üstün deyil. Bunu hər kəs bilir. Əsas sona qədər mübarizə aparmalıyıq. Diqqət çox vacibdir. Biz 1 dəqiqə diqqətsizlik etsək, qol vura bilərlər. Portuqaliya ilə oyunun ilk hissəsində diqqətsiz olduq deyə, çox əziyyət çəkdik. Sabah daha diqqətli olmalıyıq.

Xəbər xətti