Serbiyalı qapıçı: "Penalti epizoduna qədər fürsətləri yox idi"

16:36 - 31 Mart 2021

Serbiya millisinin qapıçısı Predraq Raykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasını məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, serb qolkiper qələbəni şərh edib:

 

“Matça yaxşı başladıq və yaxşı oynadıq. Lazım olan vaxtda qolu vurub, ilk hissəni öndə tamamladıq. İkinci pissə işlərimiz pis getdi. Diqqətsizlik etdik, rəqib qol vurdu. Penalti epizoduna qədər fürsətləri yox idi. Əsas olan, qoldan sonra xarakter göstərdik. Lazım olan 3 xalı qazandıq. İlk hissədə müdafiədəki anlaşılmazlığa görə təhlükə yaşandı. Xoşbəxtlikdən qol buraxmadıq. Düşünürəm ki, qapıya gələn zərbə güclü deyildi. Mənim işim qapıya gələn topları tutmaqdır”.

Xəbər xətti