Əliyar Ağayev yenidən Super Liqanın oyununa təyinat aldı

11:11 - 2 Aprel 2021

FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.

 

Sportal.az xəbər verir ki, o, aprelin 4-də 18-ci turda keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək. Zeynal Zeynalov və Akif Əmirəli isə onun köməkçiləri olacaq.

 

Bu hakimlərimiz ötən mövsüm fevralın 2-də keçirilən "Panatinaikos" - PAOK matçını da idarə ediblər.

Xəbər xətti