Millinin rəqibi iki yoxlama oyunu keçirəcək

12:48 - 2 Aprel 2021

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İrlandiya yığması iki yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, irlandlar iyunun 3-də səfərdə Andorra ilə qarşılaşacaqlar. Komanda iyunun 8-də Macarıstanla üz-üzə gələcək. Bu matçın yeri hələlik müəyyənləşməyib.

 

Millinin İrlandiya ilə seçmə mərhələdə ilk oyunu sentyabrın 4-də səfərdə olacaq.

Xəbər xətti