"Sabah" - "Qəbələ": 14-cü duel

15:34 - 2 Aprel 2021

Bu həftə Premyer Liqada 3-cü dövrə başa çatacaq.
 

Sportal.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxacaq “Qəbələ” “Sabah”la görüşəcək.

 

“Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə səfərdə qarşılaşacaq. Bu iki komanda arasında 14-cü matç olacaq. İndiyədək keçirilən 13 oyundan 9-u Premyer Liqa, 4-ü ölkə kuboku çərçivəsində baş tutub. 8 dəfə qalib gələn “Qəbələ” 1 dəfə heç-heçə edib və 4 matçda uduzub. Bu qarşılaşmalarda 17 top vuran "Qəbələ" futbolçuları 13 qol buraxıb. “Qırmızı-qaralar”ın “Sabah”la görüşlərdəki ən məhsuldar oyunçuları Davit Volkovla Klesio Bauk hərəyə 3 qol vurublar.

 

Premyer Liqada komandalar hərəyə 4 qələbə qazanıbsa, bir görüşdə sülh qeydə alınıb. Çempionatda 9 qol vuran "Qəbələ" 11 qol buraxıb.

 

“Qəbələ” səfərdəki 7 görüşdə 4 dəfə qaib gəlibsə, 3 dəfə meydan sahibləri üstün olub. Bu oyunlarda top fərqi meydan sahiblərinin xeyrinədir – 9-8.

 

Aprelin 4-də keçiriləcək “Sabah” - “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.

Xəbər xətti