"Zirə"nin "Səbail" üstünlüyü

15:51 - 2 Aprel 2021

Azərbaycan Premyer Liqasında bu həftə XXI turun görüşləri ilə III dövrəyə yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, “Zirə” dövrənin son matçını “Səbail”ə qarşı keçirəcək. “Qartallar”ın səfər qarşılaşması iki komanda arasında 14-cü duel olacaq. Premyer Liqa çərçivəsində keçirilən əvvəlki 13 oyunda 7 qələbə qazanan “Zirə” 3 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Rəqib qapısından 17 top keçirən qəsəbə təmsilçisi 8 qol buraxıb. 


“Qartallar” səfər matçlarında da üstünlüyə malikdir. Komanda rəqib meydanındakı 7 matçdan beşində qalib gəlibsə, iki dəfə səfərdən xalsız dönüb. Bu görüşlərdə 9 dəfə fərqlənən "Zirə" 3 top buraxıb.

 

“Səbail” - “Zirə” matçı aprelin 3-də keçiriləcək. “ASCO Arena”da təşkil olunacaq oyun saat 17:30-da başlayacaq.

 

Xəbər xətti