Musayevlə Rəhimov istefa verdilər

13:13 - 4 Aprel 2021

Rusiya Premyer Liqasında 2 baş məşqçi istefası baş verib.

 

Sportal.az xəbər verir ki, "Krasnodar"ın çalışdırıcısı Murad Musayev və "Ufa"nın baş məşqçisi Rəşid Rəhimov postlarından ayrılıblar.

 

"Krasnodar" evdə "Axmat"a 0:5, "Ufa" isə səfərdə Moskva "Dinamo"suna 0:4 hesabı ilə məğlub olub. Bu məğlubiyyətlərdən sonra onlar istefa veriblər.

Xəbər xətti