Honda Azərbaycan çempionatında debüt etdi

17:37 - 4 Aprel 2021

"Neftçi"nin yeni transferi Keysuke Honda komandada rəsmi debütünü edib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 21-ci turunda hazırda davam edən "Sumqayıt"la matçda meydana çıxıb. O, oyuna 46-cı dəqiqədə daxil olub.

 

Yaponiya millisinin sabiq üzvü "Neftçi" ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.

Xəbər xətti