Emin 100-ə çatdı

11:38 - 5 Aprel 2021

Emin Mahmudov “Neftçi”nin heyətində 100-cü rəsmi oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, bu münasibətlə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev klub adından ona xatirə hədiyyəsi təqdim edib.

 

Bu, Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutan “Sumqayıt”la ev oyunundan (0:2) öncə baş verib.

 

Kapitan 83 çempionat, 8 kubok, 9 avrokubok matçında “ağ-qara” formanı geyinib.

Xəbər xətti