Nuriyev 90 dəqiqə oynadı

14:14 - 5 Aprel 2021

Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” evdə “Kolos”la qarşılaşıb.

 

Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Rüstəm isə 88-ci dəqiqədə meydana buraxılıb.

 

“Minay” 15 xalla 14 komanda arasında 13-cüdür.

Xəbər xətti