Araz Abdullayev oynadı, "Boluspor" "Adanaspor"a məğlub oldu

15:27 - 5 Aprel 2021

Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Araz Abdullayevin formasını geyindiyi “Boluspor” evdə “Adanaspor”a 1:2 hesabı ilə uduzub. Araz start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

 

32 xalı olan “Boluspor” 18 komanda arasında 12-cidir.

Xəbər xətti