"Spartak"dan Ozan Tufan açıqlaması

16:35 - 5 Aprel 2021

"Fənərbaxça"çın və Türkiyə millisinin üzvü Ozan Tufanın Rusiyanın "Spartak" klubuna keçəcəyi ilə bağlı iddialar yayılıb.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi bu məlumatları təkzib edib. Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anton Fetisov 26 yaşlı yarımmüdafiəçi ilə maraqlanmadıqlarını bildirib.

 

Ozan bu mövsüm Super Liqada keçirdiyi 27 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xəbər xətti