Azərbaycanlı futbolçunun atası 55 yaşında vəfat etdi

18:47 - 5 Aprel 2021

Azərbaycan millisinin keçmiş üzvü Budaq Nəsirova ağır itki üz verib.

 

Sportal.az xəbər verir ki, onun atası Hikmət Nəsirov bu gün günorta saatlarında 55 yaşında vəfat edib. Mərhum şəkər xəstəliyindən əziyyət çəkirdi. Bu barədə məlumatı idman jurnalisti İlqar Tağıyev feysbuk səhifəsində yazıb.

 

Hikmət Nəsirov UGİM (Tovuz) komandasında məşqçi kimi fəaliyyət göstərirdi. O, futbolçu karyerasında Tovuz təmsilçisi “Məhsul”un formasını geyinib.

 

24 yaşlı yarımmüdafiəçi Budaq Nəsirov isə son olaraq 2018/19 mövsümündə "Zirə"də çıxış edib. Budaq 2019-cu ilin yayından klubsuz qalıb. O, "Kəpəz"də parladıqdan sonra 2016-cı ildə Portuqaliyanın "Sportinq" klubuna keçmişdi.

Xəbər xətti