Əliyev kənarda qaldı

12:27 - 6 Aprel 2021

Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi “Ximki” səfərdə “Zenit”lə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

 

Kamran sonadək ehtiyatda qalıb.

 

“Ximki” 35 xalla 16 komanda arasında 9-cudur.

Xəbər xətti