Avropa Liqasında 1/4 finala start verilir

12:30 - 8 Aprel 2021

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bütün qarşılaşmalar saat 23:00-da başlayacaq. Niderlandın “Ayaks” klubu evdə İtaliya təmsilçisi “Roma”nı qəbul edəcək.

 

İngiltərə “Arsenal”ı “Slaviya”nı, “Mançester Yunayted” isə “Qranada”nı sınağa çəkəcək. İspaniyanın turnirdəki yeganə təmsilçisi “Vilyarreal” Xorvatiyada “Dinamo”nun qonağı olacaq.

 

1/4 final mərhələsinin cavab oyunları aprelin 15-də keçiriləcək.

 

Avropa Liqası, 1/4 final mərhələsi, ilk oyunlar

8 aprel

 

23:00 "Ayaks" (Niderland) – "Roma" (İtaliya)
23:00 "Arsenal" (İngiltərə) – "Slaviya" (Praqa, Çexiya)
23:00 "Dinamo" (Zaqreb, Xorvatiya) – "Vilyarreal" (İspaniya)
23:00 "Qranada" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə).

Xəbər xətti