Müllerdən rekord, "Bavariya"nın seriyası qırıldı

13:50 - 8 Aprel 2021

"Bavariya"nın futbolçusu Tomas Müller Çempionlar Liqasında yeni göstəriciyə nail olub

 

 

Sportal.az xəbər verir ki, almaniyalı oyunçu turnirin 1/4 finalında PSJ ilə matçda 48-ci qolunu vurub. Paris təmsilçisi ilə matçda 1 qol vuran 32 yaşlı hücumçu turnirin bombardirlər siyahısında Andrey Şevçenko və Zlatan İbrahimoviçə çatıb.

 

Tomas Müller Alfredo di Stefano (49) Tyerri Anri (50), Rud van Nistelroy (56), Kərim Benzema (70), Raul Qonsales (71), Robert Levandovski (73), Lionel Messi (120) və Kriştiano Ronaldodan (134) geri qalır.

 

PSJ ilə matç (2:3) "Bavariya" üçün uğursuz göstəriciyə səbəb olub. Komanda 2019-cu ilin noyabrından sonra ilk dəfə evdə uduzub. Münhen təmsilçisi son olaraq 2019/2020 mövsümündə Bundesliqanın XIII turunda "Bayer" (Leverkuzen) klubuna məğlub olub.

Xəbər xətti