Azər oynadı, Kamran izlədi

17:56 - 11 Aprel 2021

Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi “Ximki” evdə Azər Əliyevin oynadığı “Tambov”u qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

 

Kamran sonadək ehtiyatda qalıb. Azər isə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Ximki” bu qələbədən sonra 38 xalla 8-ci pillədə qərarlaşıb. “Tambov” isə 25 oyunda 13 xal toplayıb və 16 iştirakçı arasında sonuncudur.

Xəbər xətti