Nəriman Abbasov çempion titulunu qorudu

00:45 - 12 Aprel 2021

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, idmançımız “AMC Fight Night100” çərçivəsində Rusiya təmsilçisi Şamil Amirovla görüşüb. Moskvada keçirilən döyüşə çempion titulunu qorumaq üçün çıxan Nəriman rəqibini məğlubiyyətə uğradıb.

 

Amirov üçüncü raundda idmançımızın zərbələri qarşısında duruş gətirə bilməyərək döyüşü davam etdirmək istəməyib. Beləliklə, Abbasov görüşü texniki nokautla başa vurub.

 

Bununla da Abbasov yüngül çəkidə (70,3 kq) çempion kəmərini qoruyub. Bu, onun ardıcıl 11-ci qələbəsi olub.

 

Nəriman ümumilikdə 29-cu döyüşündə 26-cı dəfə qalib gəlib.

Xəbər xətti