Bundesliqada baş məşqçi istefa

14:14 - 12 Aprel 2021

Almaniyanın “Köln” klubu baş məşqçisi Markus Qizdolla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, komandanın 28-ci turda “Maynts”a məğlubiyyətdən (2:3) sonra rəhbərlik belə qərar verib.

 

“Köln” son 8 matçda qələbə qazana bilməyib. Komanda Bundesliqanın turnir cədvəlində 23 xalla 17-ci yerdədir.

 

51 yaşlı mütəxəssis 2019-cu ilin noyabrından klubu çalışdırırdı.

Xəbər xətti