Zədəli oyunçular milliyə qoşuldu

15:57 - 12 Aprel 2021

Avropa çempionatının seçmə mərhələsində son oyununu aprelin 14-ü saat 19:00-da Bakı İdman Sarayında Yunanıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisi Slovakiya səfərindən sonra bu gün Bakıda ilk məşqinə çıxıb.

 

Sportal.az xəbər verir ki, 90 dəqiqə davam edən hazırlıq prosesində zədə üzündən Slovakiyaya aparılmayan Tyaqo Bolinha və Hadi Ahmadi də iştirak edib.

 

Onların Yunanıstana qarşı meydana çıxıb-çıxmayacağı isə oyun günü məlum olacaq.

 

Xəbər xətti