AFFA TFF ilə VAR sistemini müzakirə etdi

17:17 - 12 Aprel 2021

Ötən həftə VAR (videoköməkçi hakim) layihə rəhbəri Elxan Səmədov, AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik və “CBC Sport” telekanalının baş direktoru Volkan Üst Türkiyənin İstanbul şəhərində səfərdə olublar.

 

Sportal.az xəbər verir ki, səfərin məqsədi Türkiyə Futbol Federasiyasının (TFF) da tətbiq etdiyi VAR sisteminin özəllikləri barədə məlumat almaq, bu sistemin Azərbaycanda istifadəsi baxımından görüləcək işlərə hazırlıq olub. Görüş zamanı AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

 

VAR-ın Azərbaycanda tətbiqi sahəsində görüləcək işlərlə əlaqədar növbəti iki həftə ərzində FİFA ilə onlayn görüşlər keçiriləcək.

Xəbər xətti