Levandovski məşqlərə başladı

23:41 - 12 Aprel 2021

“Bavariya”nın hücumçusu Robert Levandovski fərdi məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, polşalı hücumçu komandasına Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab matçında kömək etməyəcək.

 

Levandovski martda Polşa millisinin Andorraya qarşı keçirdiyi oyunda (3:0) zədələnmişdi. 32 yaşlı futbolçu həmin qarşılaşmada dubl etmişdi.

Xəbər xətti